Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Terapevtik və pediatrik propedevtika kafedrasında “Tələbə Elmi Cəmiyyəti”nin konfransı keçirilib.
Konfransda professor və müəllim heyəti, II MPF-nin dekan müavini, tələbələr iştirak ediblər.
Elmi işlərin mövzuları propedevtika fənninə uyğun şəkildə planlaşdırılaraq qruplaşdırılıb, işlərin icra planı tərtib olunub.
Elmi-tədqiqat işinə cəlb edilən 32 tələbədən 14 nəfər məruzələrlə çıxış edib.
Müəllim və tələbələrin qiymətləndirilməsinə əsasən 9 tələbənin elmi-tədqiqat işi Fakultə TEC-nin konfransına tövsiyə edilib.
Konfransda ilk 3 yeri tutan tələbə (Vəliyev Rauf, qr. 12a, elmi rəhbər: dos. İ. M.Məmmədova, Kərimzadə Nəzrin, qr.20a, elmi rəhbər dos. А.А.Bağırzadə, Həsənov Toğrul, qr. 207a, elmi rəhbər: ass.Abbasəliyeva K.T.) əməkdar elm xadimi, tibb elmlər doktoru, professor İbrahim İsayevin “Uşaq xəstəliklərinin propedevtikası” kitabı ilə mükafatlandırılıb.
Konfransa yekun vuran kafedra müdiri professor İ.İsayev məruzələrlə çıxış edən tələbələrə, elmi rəhbərlərinə təşəkkür edərək, onların daha da fəal və məsuliyyətlə çalışmaqlarını arzulayıb.