ATU voleybolçularının qələbəsi

Yanvar-aprel aylarında Azərbaycan Respublikası Voleybol Federasiyasının I Liqa yarışlarında iştirak edən Azərbaycan Tibb Universitetinin (ATU)  kişilərdən ibarət voleybol üzrə yığma komandası fəxri III yeri tutub. Bununla da gələn il təşkil olunan Yüksək Liqada  iştirak etmək hüququ qazanıb.

 

“Təbib” idman klubunun sədri, professor Kamal Kəbirlinskinin sözlərinə görə, bu münasibətlə Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti F.Qarayev ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə təşəkkür məktubu ünvanlayıb. Məktubda qeyd olunur ki, “ATU-nun tələbə voleybol komandasının Cəlaləddin Babayevin rəhbərliyi altında çempionatda uğurlu çıxış etməsi federasiya tərəfindən yüksək qiymətləndirilir. Növbəti ildə komandamızın peşəkar klub kimi “Yüksək Liqa” Azərbaycan Çempionatı yarışında çıxış etməsi üçün hər cür dəstək verməyə və köməklik göstərməyə hazırdır.”

Biz də öz növbəmizdə əldə etdiyi uğurlu nəticəyə görə komandanın məşqçisi Cəlaləddin Babayev, komanda üzvləri Əlirza Kərim, Dənizxan Şahin, Dadrəs Həsən, Hacı Maqsudov, Turac Cəfəri, Pirəlifət Saalar, İkram Hüseyn, Nazifi Arman, Niyazı Aslan, Malik Cemi, Dəmir Babayev, Məhər Bayramov və Orxan Aslanlını təbrik edir, qalib komandamıza gələcək yarışlarda yeni qələbələr arzulayırıq!