Azərbaycan Tibb Universitetində (ATU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib.
Tədbirdə çıxış edən ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev tələbələrə Ulu Öndərin ideyalarını dərindən öyrənməyi tövsiyə edib, onun rəhbərlik etdiyi bütün dövrlərdə xalqının inkişaf və tərəqqisinə yönəlik görülmüş mühüm tədbirlərin əhəmiyyətini izah edib.
İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev konfrans iştirakçılarına Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, onun Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb: “Məhz Ümummilli Liderin müdrik siyasəti nəticəsində Azərbaycanın dayanıqlı inkişafının əsası qoyulub. Hazırda bu siyasətin uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız güclü iqtisadiyyata, mədəniyyətə, tərəqqiyə nail olub. Beynəlxalq aləmdə xüsusi nüfuza malik müstəqil bir dövlətə çevrilib”.
Sonra yerli və xarici tələbələrin “Heydər Əliyev dahi şəxsiyyətdir”, “Heydər Əliyevin hakimiyyət illəri”, “Müstəqilliyimiz ümummilli lider Heydər Əliyevin nəsillərə əmanətidir” və digər mövzularda məruzələri dinlənilib.
Konfransın yekununda ən maraqlı səlis, məntiqli çıxış edən tələbələr mükafatlandırılıblar