Azərbaycan Tibb Universitetində Respublikanın Əməkdar artisti, “Qızıl qılınc” mükafatı laureatı Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirildi.
“Mənə 100 il ömür arzulamayın” adlı mərasimin əvvəlində Ağalar Bayramovun həyat və yaradıcılığına dair slayd-şou təqdim edildi.
Əməkdar artistin yaxınları və həmkarları, tanınmış sənətçilər Ağadadaş Ağayev, Könül Xasıyeva, Gülyanaq Məmmədova, Gülüstan Əliyeva, Firuz Səxavət, Sədaqət Ulduz, Babək Niftəliyev və s. çıxış edərək Ağalar Bayramovun yaradıcılığı haqqında fikirlərini səsləndirdilər, ona arzularını çatdırdılar.
Daha sonra əməkdar artist Ağalar Bayramov tədbir iştirakçıları qarşısında çıxış edərək tanınmış şairlərin şeirlərini səsləndirdi.
Gecənin yekununda çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu gözəl tədbir üçün Ağalar Bayramova təşəkkür etdi. O, A.Bayramovun sənətinin insanların zövqünü oxşadığını bildirərək sənətçini təbrik etdi, ona möhkəm cansağlığı arzuladı.
Sonda universiet adından əməkdar artist Ağalar Bayramova hədiyyə təqdim olundu.