ATU-nun Tədris Terapevtik Klinikasının pediatrı beynəlxalq Konqresdə iştirak edib

Aprel ayında Türkiyədə Avropa Allerqologiya və Klinik İmmunologiya Akademiyasının dəstəyi ilə Pediatrik Allerqologiya və Pulmonologiya üzrə Beynəlxalq Konqresi keçirilib.

 

Ölkəmizi konqresdə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatrı, dosent Məleykə Kərimova təmsil edib.

 

M. Kərimova konqresdə uşaqlarda təkrarlanan vizinq sindromunun yaranmasında opportunist infeksiyalarının rolundan bəhs edib.

 

Konqresdə Türkiyənin müxtəlif bölgələri ilə yanaşı, Böyük Britaniya, Danimarka, Fransa, İtaliya və s. Avropa ölkələri, eləcədə Cənubi Afrika Respublikası (CAR) da daxil olmaqla, ümumilikdə 3 minə yaxın nümayəndə iştirak edib.

 

M.Kərimova bildirib ki, uşaqlarda bronxial astma, allergik rinit, atopik dermatit, qida və dərman allergiyası, immun catışmazlıqlar, xronik öskürək, vizinq sindromu, iqlim və ekoloji amillərin tənəffüs sistemi və allergik xəstəliklərin yaranmasında rolu, peyvəndlərin aparılması, eləcə də uşaqlarda autoimmun xəstəliklər və s. kimi aktual mövzularda maraqlı məruzələr dinlənilib.

 

Əldə olunan yeniliklər nəzərə çatdırılıb, geniş diskussiyalar aparılıb.

Məruzəçilərdən prof.dr. Cezmi Akdış (İsveçrə), Adnan Custovic (Böyük Britaniya), Liam Omahany (CAR), Philippe Egeman ( Fransa), Mübeccel Akdış (İsveçrə), Bülent Şekerel ( Türkiyə) və digərlərinin çıxışları daha böyük maraqla qarşılanıb.