Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti mayın 21-26-da Türkiyənin Hacettepe Universitetində ezamiyyətdə olub. ATU-nun Tədris şöbəsinin müdiri Samir Cavadov, Rezidentura şöbəsinin müdir müavini Nigar Sadiyeva və İT şöbəsinin rəhbəri Rəmzi Əliyev bir sıra görüşlər keçiriblər. Nümayəndə heyəti Hacettepe Universitetinin rektoru Prof. Dr.Haluk Özen, Tibb fakültəsinin dekanı prof. Dr.Bülent Altın, İktisat ve İdari Bilimler fakültəsinin dekanı Prof. Dr. Sunay İl, Halk Sağlığı institununun direktoru Prof. Dr. Ş. B. Özvarış və digər rəsmilərlə görüşüblər.
Tıp fakültəsinin dekan köməkçisi Prof.Dr.P. Atilla universitetin idari işlərindən məzuniyyet öncəsi təhsil, dekan yardımçısı Derya Karakoç məzuniyyət sonrası (rezidentura) təhsilin strukturu barədə seminarlar keçirib. Prof. Dr.M.Elçin Tıp Eğitimi ve Birleşimi ABŞ-da nümayəndə heyətimizə tibb tədrisi kafedrasının təşkili, maketlərin və standart xəstə modellərinin istifadəsi barədə məlumatlar verib. Nümayəndə heyətimiz rezidentura təhsilinin akkreditasiyasına həsr edilmiş toplantıda iştirak edərək QBB bölməsinə dair hesabatı dinləyib.
ATU mütəxəsissləri Anatomiya kafedrasında Prof. Dr. D.Demiryürek rəhbərliyi altında dərslərin əyaniliyini təmin etmək üçün yeni qurulan 4D görüntülü elektron avadanlıqlarla tanış olublar. Tədris proqramının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Öğrenci İşleri Daire Başkanlığı, Bilgi İşlem Daire Başkanlığında və HU Kütüphane ve Dokumentasyon Daire Başkanlığında faydalı görüşlər təşkil edilib, eyni zamanda, nümayəndə heyətimizin çoxsaylı sualları cavablandırılıb.
ATU təmsilçiləri Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova ilə birlikdə Hacettepe Universitetində təhsil alan tələbə və assistantlarla da görüşüblər. Onlara son illər tədris səviyyəsinin yüksəldilməsi üçün universitetdə həyata keçirilən islahatlar barədə məlumat verilib, tələbələrimizin təklifləri dinlənilib, sualları cavablandırılıb.
Səfər çərçivəsində nümayəndə heyətimiz və Azərbaycanlı Həkimlər Dərnəyinin üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə M.Ə. Rəsulzadənin Ankaradakı məzarını ziyarət ediblər.