İyunun 1-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Türkiyənin qabaqcıl səhiyyə qurumlarından hesab olunan “Acıbadem Sağlıq Qrupu” ilə Azərbaycan Tibb Univesitetinin I Cərrahi xəstəliklər kafedrasının birgə təşkilatçılığı ilə seminar keçirilib. Seminarı klinikanın direktoru, professor Surxay Hadıyev açaraq, həkimlərin bilik səviyyəsinin artırılması istiqamətində bu tədbirin əhəmiyyətindən danışıb və iştirakçırala uğurlar arzulayıb.
Seminarda Acıbadem Universitetinin Türkiyədə və Avropa miqyasında tanınmış tibb üzrə mütəxəssislər çıxış edib. Onlardan professor.dr. Remzi Emiroğlunun “Pediatrik xəstələrdə cərrahi üsul və mühazirələr”, professor. dr. Hamdi Karakayalının “Portal damar trombozu”, professor.dr. Vilidan Ertekinin “Pediatrik xəstələrdə qaraciyər nəqlləri” adlı məruzələri iştirakçılar tərəfindən maraqla dinlənilib. Tədbir geniş diskussiya və sual-cavab əsasında başa çatıb.
Məruzələrdə həmçinin uşaqlarda cərrahi müdaxilələr zamanı həkimlərin üzləşdiyi problemlər və çıxış yolları ilə bağlı məqamlara toxunulub. I Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov “Təbib” qəzetinə açıqlamasında onun rəhbərlik etdiyi kafedranın ənənəvi olaraq ayda bir-iki dəfə cərrahi problemlərlə əlaqədar konfranslar keçirdiyini bildiririb. Bu seminarın da pediatrik xəstələrdə cərrahiyyənin müxtəlif problemlərinə həsr olunduğunu qeyd edib. Tədbirdə iştirak edən həkimlərin bu seminardan fayda götürdüklərini, cərrahi müdaxilələr zamanı dünya praktikasında tətbiq edilən yeniliklərlə tanış olduqlarını əminliklə vurğulayıb.