Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının allerqoloqu Tahirə Pənahovanın Almaniyanın Münix şəhərində bu yaxınlarda keçirilən Avropa Akademiyasının Allerqoloq və Klinik İmmunologiya konqresində posteri nümayiş olunub.
Poster haqqında ATU-nun II Müalicə profilaktika fakültəsinin 5-ci kurs tələbəsi Kamilə Qaraisalı danışıb.
O, “Bronxial astmalı uşaqlarda piylənmənin kliniki xüsusiyyətləri” mövzusunda olan posteri məruzə şəklində təqdim edib.
Kamilə Qaraisalı eyni zamanda Avropa Akademiyasının Allerqoloq və Klinik İmmunoloqlar Cəmiyyətinin gənc üzvüdür.
Konqresdə müasir allerqologiya, iki hissəli allergik immunoterapiyaya dair yeniliklər, qida allergiyası və anafilaktik şokdan bəhs edən qaydalar, yeni dərman vasitələri haqqında geniş məlumat verilib. Bildirilib ki, bu dərman preparatları artıq bir çox Avropa ölkələrində istifadə edilir və onun müsbət nəticələri var.
Qeyd edək ki, konqresdə dünyanın müxtəlif ölkələrindən 7 mindən çox həkim iştirak edib.