Bir pillə qələbəyə doğru
Aprelin 9-dan 12-dək Azərbaycan Tibb Universitetinin idman kompleksində Ali məktəblər arasında keçirilən XI Universiadanın proqramına daxil olan qızlar arasında basketbol üzrə yarış keçirilmişdir.
Professor Kamal Kəbirlinskinin rəhbərlik etdiyi ATU-nun qızlardan ibarət yığma komandası öz yarım qrupunda 1- ci yer tutaraq final mərhələsinə vəsiqə qazandı. Gərgin keçən bu həlledici oyunda gələcək həkimlərimiz Bakı Dövlət Universitetinin tələbə qızlarına qalib gələrək XI Universiadanın çempionu oldular. Onu da bildirim ki, bu qalibiyyət bizim ümumi hesabımıza növbəti 50 xal qazandırdı.
Biz də bu qələbələri münasibətilə basketbolçu qızlarımızı təbrik edir, onlara yeni qələbələr diləyirik!