

Başqırdıstan Dövlət Tibb Universitetinin Nevrologiya kafedrasında İngilisdilli Ümumi Tibb Fakültəsinin IV kurs tələbələri üçün hibrid formatda beynəlxalq təlimlər təşkil olunub.
Təlimlərdə Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müdiri, professor A.K. Məmmədbəyli və dosent A.A. Musayeva iştirak ediblər. Klinik müzakirələr zamanı nadir irsi xəstəliklərlə yanaşı, beyin insultu və xroniki beyin işemiyasının müalicə strategiyalarına dair fikir mübadiləsi aparılıb.
Təlim kursunu aparan Başqırdıstan Dövlət Tibb Universitetinin professoru Leyla Əhmədiyeva və beynəlxalq tərəfdaşlar bu əməkdaşlıq formatını yüksək qiymətləndiriblər. Bildirilib ki, akademik mobillik çərçivəsində reallaşan belə təşəbbüslər tələbələrin nəzəri hazırlığının gücləndirilməsi, klinik düşüncə bacarıqlarının inkişafı və beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
