“Allerqologiya və immunologiya kursunda tədris Avropa standartlarına uyğundur”

Azərbaycan Tibb Universitetinin (ATU) Allerqologiya və immunologiya kafedasında tədris prosesi Avropa standartlarına uyğun şəkildə aparılır. Bu kafedra bir il öncə iki kursun bıirləşməsi nətıicəsində yaranıb. Beləki, 2005-ci ildə Avropa İttifaqının ayırdığı qrant hesabına İmmunologiya kursu yaradılımış və uğurla fəaliyyət göstərmiş, daha sonra 2008-ci ildə Allerqologiya kursu fəaliyyətə başlayıb. Hal-hazırda bu kurslar vahıd bir kafedra şəklində tələbələrə immunologıya elminin əsaslarını vəimmun patologiyanın bir qolu olan allergologiyanı tədris edir.

 

Kaferdranın professoru Gülnarə Nəsrullayevanın sözlərinə görə, bu illər ərzində ATU-da Allerqologiya və immunologiya fənnlərinin beynəlxalq standartlara uyğun tədris prosesi qurulub, tələblər üçün proqrama uyğun dərsliklər yazılıb. 2004-cü ildən ATU-da yaradılan İmmunologiya kursunun ilk müdiri olan G.Nəsrullayeva elə həmin illərdə 4 dəfə Avropa Birliyinin Elmi Təcrübə və Tədris qrantını qazanıb. Bunun nəticəsində keyfiyyətli tədris prosesini təmin etmək üçün hər cür şərait yaradılıb: “Bizim dərsliklər həm Azərbaycan, həm də ingilis dilində hazırlanıb. Bu müddət ərzində elmi təcrübə laboratoriyasında bir neçədoktorluq dissertasiyası, fəlsəfə elmi dərəcəsi adını almaq üçün 40-dan çox elmi işlər aparılıb. O cümlədən, elmi-metodik tövsiyyələr, dərsliklər yazılıb. Qrant hesabına həmçinin Elmı- tədqiqat immunolojı laboratoriya üçün müasir avadanlıqlar almışıq. Bizim işçilərimiz Avropa ölkələrində treninq keçdikdən sonra burada həmın avadanlıqlarda çalışmağa başlayıblar”.

 

Gülnarə Nəsrullayeva bildirir ki, kafedrada dərslər Azərbaycan, Rus və İngilis dillərində aparılır. Həm yerli, həm də əcnəbi tələbələrə immunologiya vəallerqologiya elminin təkcə nəzəri yox, həm də təcrübi elm olduğu vurğulanır: “Nəzəri keçirilən bütün dərslər praktik olaraq laboratoriyamızda tələbələrə göstərilir. Kursun proqramını ve dərsliklərini digər Avropa ölkələrin proqramına uyğun qurmuşuq. Tələbələrə bildiririk ki, yüksək səviyyəli hər bir həkim-mütəxəssis immunologiyanın əsaslarını yaxşı bilməli, xəstəyə müalicə təyin etdikdəsonradan alınacaq nəticələri öncədən təxmin etməlidir”.

 

Allerqologiya və immunologiya kafedrası ilə yanaşı, ATU-nun nəzdində olan immunoloji laboratoriya ayrıca yaradılmış elmi tədqiqat laboratoriyası kimi fəaliyyət göstərir. G.Nəsrullayevanın rəhbərlik etdiyi bu laboratoriya üçün Rusiyada, Almaniyada, İngiltərədə, Fransada işlədilən avadanlıqlar əldə olunub. Bu səbəbdən bu laboratoriyada aparılan müayinələrin nəticələri istənilən ölkədə qəbul edilir. ATU-nun Allerqologiya və immunologiya kafedrasında elmi- tədqiqat işıni aparmaq istəyən rezıdentlər də laboratoriyada işləyir, təcrübə əldə edərək araşdırmalarını apara bilirlər.