ATU-nun Tədris Terapevtik Klinikasında 2 azyaşlı xəstənin klinik təhlili aparılıb

Oktyabrın 23-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında qoşe və sekkel sindromlu 2 azyaşlı xəstənin klinik təhlili aparılıb. ATU-nun II uşaq xəstəlikləri kafedrasının assistenti Adilə Çernik-Bülənd və rezident Nəcilə Əlmərdanova 4 və 6 yaşlı bu uşaqlarda xəstəliyin aşkarlanması, klinikaya müraciət etdikdən sonra onların son durumu ilə bağlı ətraflı məlumat veriblər.

 

Adilə Çerik-Bülənd hər iki uşaqda xəstəliyin hələ ana bətnində, ananın hamiləlik dövründə müəyyən edilib. Qeyd edib ki, uşaqlarda belə xəstəlik adətən genetik amillərlə bağlı olur və yaxın qohumların evliliyi zamanı rast gəlinir. Bu cür xəstəliklərin vaxtında aşkarlanması üçün qadın hamilə ikən bir sıra genetik və digər zəruri müayinələrin aparılması vacibdir. Adilə Çerik-Bülənd iclasda iştirak edən həkim və rezidentlərə xəstəliyin müayinə və müalicəsi ilə bağlı bir sıra dəyərli tövsiyyələrini verib.

 

İclasda müzakirəyə çıxarılmış məsələ iştirakçılar tərəfindən maraqla qarşılanıb. Məruzəçilər onlara ünvanlanan sualları hərətərəfli cavablandırıblar.