Sepsislə bağlı seminar keçirilib

ATU-nun Tədris Terapevtik Klinikasında rezidentlərin növbəti klinik daxili seminarı keçirilib. Seminarda klinikanın Reanimasiya və intensiv terapita şöbəsinin həkimi Emil Qasımov çıxış edib. İştirakçılar tərəfindən onun sepsis xəstəliyi ilə bağlı geniş məruzəsi dinlənilib. E.Qasımov bildirib ki, sepsis həkimlər və cəmiyyət tərəfindən geniş tanınmasa da, bu sindrom hələ Hippokratın dövründən məlum olub. Son 25-30 ildə bu sindromun ad-familiyası 3 dəfə dəyişib. 

 

Dünyada bu xəstəliyin tanınması üçün Dünya Sepsis Alyansının fəaliyyətdə olduğunu, hər il sentyabrın 13-ü Dünya Sepsis Günü kimi qeyd olunduğunu bildirən məruzəçi Alyansın məqsədləri və strategiyası barədə də ətraflı məlumat verib. 

 

ABŞ-da və bir sıra inkişaf etmiş Avropa dövlətlərində sepsisin normal qeydiyyatının aparıldığını qeyd edən E.Qasımov onoloji vəziyyətin Azərbaycanda, Rusiya və Türkiyə kimi ölkələrdə qənaətbəxş olmamasına toxunub. Hər il dünyada 25-30 milyon arası sepsis diaqnozunun qoyulduğnu vurğulayıb. 

 

Bir sıra ölkələrdə sepsisin vəziyyətinin müqayisəli təhlilinə toxunan E.Qasımov bu sindiromun geriyə döndərilə bilən sindrom olduğunu iştirakçıların diqqətinə çatdırıb. Tövsiyyəsi bu olub ki, əgər xəstəyə düzgün diaqnoz qoyulub müalicə alarsa, müsbət nəticəniverə bilər.

 

Qeyd edək ki, məruzəçinin çıxışı rezidentlər tərəfindən maraqla qarşılanıb. Verilən suallar E. Qasımov tərəfindən ətraflı cavablandırılıbdır.