Azərbaycan Tibb Universitetinin (ATU) həkim-mütəxəssisləri müntəzəm olaraq maarifləndirmə xarakterli müxtəlif tədbirlərdə iştirak edirlər. Bu dəfə ATU-nun “Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı” kafedrasının təmsilçiləri Mikayıl Müşfiq adına 18 nömrəli orta məktəbdə olublar.
18 nömrəli orta məktəbdə “Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi” adlı layihə çərçivəsində yuxarı sinif şagirdləri üçün maarifləndirici tədbir keçirilib.
Tədbirdə ATU-nun “Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı” kafedrasının dosenti Zöhrə İsmayılova, həmin kafedranın doktorantı Qasım Əmrahlı, kafedranın baş laborantı Nərminə Məmmədzadə, ARTİ-nun “Psixologiya və yaş fiziologiyası” şöbəsinin böyük elmi işçisi, dissertant Bahar Bəylərova-Ələkbərova iştirak ediblər. Onlar Azərbaycan və rus bölməsinin şagirdləri qarşısında “Reproduktiv sağlamlıq” mövzusunda çıxış ediblər.
Qeyd edək ki, tədbir Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə 2-ci qrant müsabiqəsində “Təhsil və maarifçilik xarakterli tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində təşkil olunub.