Türkiyəli professorun çıxışı maraqla qarşılanıb

Martın 1-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinkasında seminar keçirilib.

 

Seminarda Cərrahpaşa Universitetinin tibb fakültəsinin professoru Özgür Kasapçopur “Elmi-tədqiqat necə planlanır və necə aparılır” mövzusunda çıxış edib.

 

Ən yaxşı elmi araşdırmaların tibb sahəsində də aparıldığını qeyd edən professor, məruzəsində elmi araşdırşdırmaların hansı qaydalarla aparılması, yazılması və nəşr olunması ilə bağlı iştirakçılara ətraflı məlumat verib. Müxtəlif növ araşdırmalar, o cümlədən həm öz, həm də dünyanın tanınmış araşdırmaçılarının apardığı araşdırmalardan söhbət açaraq, təcrübədə əldə olunan nailiyyətlərə diqqəti çəkib. Araşdırma zamanı dürüstlük və dəqiqliyə fikir veriməyin ən vacib şərtlərdən biri olduğunu qeyd edən Ö.Kasapçopur gənc araşdırmaçılara da bu prinsiplərə əməl etmələrini tövsiyə etdi. 

 

Professorun çıxışı iştirakçılar tərəfindən maraqla qarşılandı. Verilən çoxsaylı suallar məruzəçi tərəfindən ətraflı cavablandırıldı.