Marat Ospanov adına Qərbi Qazaxıstan Tibb Universitetinin elmi-pedaqoji kadr hazırlığı üzrə magistrantları Azərbaycan Tibb Universitetinin müxtəlif kafedralarında təcrübə keçiblər. Proqram ATU-nun I Cərrahi xəstəliklər, Anesteziologiya və reanimatologiya, Histologiya, Embriologiya və sitologiya, Terapevtik və pediatrik propedevtika, Ümumi gigiyena və ekologiya, İctimai sağlamlıq və səhiyyənin təşkili kafedralarında təcrübə keçiblər.
Qazaxıstandan gələn magistrantlar elmi ədəbiyyatın toplanması, klinik və morfoloji tədqiqatların aparılma metodikası, elmi məqalələrin və dissertasiyaların tərtibi forması ilə tanış olublar, mühazirə və praktik dərslərdə iştirak ediblər.
ATU-da elmi məzuniyyətdə olan qazaxıstanlı tələbələrlə universitetin elmi işləri üzrə prorektoru, dosent Rauf Bəylərov, beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent İkram Rüstəmov görüşüblər. Görüş zamanı xarici tələbələr təcrübə haqqında təəssüratlarını bölüşüblər. Proqramın sonunda təcrübəni uğurla başa vuran tələbələrə sertifikat təqdim olunub.