ATU-nun tələbəsi İstanbul Universitetinin sertifikatı ilə təltif edilib

Azərbaycan Tibb Universitetinin (ATU) II Müalicə-Profilaktika fakültəsinin IV kurs tələbəsi Ədalət Gəncəliyev Türkiyənin ən nüfuzlu universitetlərindən olan İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində keçirilən konfransda iştirak edib. Konfransda Türkiyədən, eləcə də digər ölkələrdən olan tələbələr elmi işlərini təqdim ediblər.

 

ATU-nun tələbəsi Ədalət Gəncəliyev beynəlxalq tədbirdə öz bilik və bacarığını nümayiş etdirib. O, “Fürner qanqrenası” mövzusunda elmi işini konfrans iştirakçılarına təqdim edib. Konfrans çərçivəsində tələbələrə Türkiyə və Fransadan dəvət edilmiş professorlar tərəfindən müxtəlif mühazirələr oxunub. Həmçinin praktiki bacarıqlar əsasında təlimlər keçilib.

 

Konfransın bağlanış mərasimində Ə. Gəncəliyev rəsmi sertifikatlarla təltif olunub.