Azərbaycan Tibb Universitetinin əməkdaşı, insan anatomiyası və tibbi terminologiya kafedrasının baş müəllimi Səbinə Şadlinskaya beynəlxalq mükafata layiq görülüb. S.Şadlinskaya İJRULA – Araşdırmaların beynəlxalq jurnalı tərəfindən ömürlük üzvlük sertifikatına layiq görülüb. Həmin jurnalda elmi tədqiqatı dərc olunan ATU təmsilçisi birgə tədris proqramı və araşdırmalar sahəsində qazandığı nailiyyətlərə görə təlitf olunub.
Bundan əlavə Səbinə Şadlinskaya həm də bu təşkilatın təsis etdiyi beynəlxalq mükafatların laureatı olub. Belə ki, ATU əməkdaşı “İnsan anatomiyası üzrə ən yaxşı araşdırmaçı” adına layiq görülüb. O, öz fəaliyyəti ilə innovasiyalar və texniki tədqiqatlara verdiyi töhfə üçün RULA mükafatına layiq görülüb.
Sertifikatlar İJRULA təşkilatının direktoru S.Abuthahir tərəfindən bu ilin fevralında təqdim olunub.