“Global volunteer” ATU tələbələrinə təqdim olundu

ATU Tələbə Gənclər Təşkilatının və AİESEC Azərbaycan Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Global Volunteer” proqramının təqdimatı keçirilib. Təqdimatın birinci hissəsində universitetin tədris korpusunda yerləşdirilən stend vasitəsilə AİESEC nümayəndələri tələbələrə proqram haqqında məlumatlandırıblar. ATU tələbələrinə könüllülük proqramına dair bukletlər paylanılıb.

 

Təqdimatın seminar mərhələsində isə təşkilatın nümayəndələri “Global Volunteer” proqramına dair slayd nümayiş etdiriblər. ATU tələbələri interaktiv formada keçirilən tədbirdə fəal iştirak ediblər.

 

Qeyd edək ki, “Global Volunteer” proqramı gənclərə seçdikləri ölkədə təcrübə qazanarkən həm də müxtəlif ölkələrdən olan insanlarla görüşmək, yeni mədəniyyətləri araşdırmaq imkanını yaradır. Bu proqram vasitəsilə gənclər Dayanıqlı İnkişaf Məqsədləri üzərində qurulan  6-12 həftəlik layihələrə qatılaraq özünü inkişaf etdirə biləcək, həm də təcrübə qazanacaqlar. Proqram iştirakçılarına sonda beynəlxalq dərəcəli 2 sertifikat təqdim olunur.