Tələbələrin intellektual yarışı başa çatdı

Aprelin 12-də ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə universitet tələbələrinin intellekt yarışı keçirilib.

 

Komitənin sədri Elvin Kərimli bildirib ki, onun rəhbərlik etdiyi təşkilat tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün bu tipli intellektual oyunlar və maraqlı tədbirlər keçirir. O, keçirilən bu tədbirin ötən il “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə” həsr olunmuş intellektual yarışın davamı olduğunu qeyd edib.
18 komandanın iştirak etdiyi yarış iki mərhələdə keçirib.

 

Sonda I yeri “Assimilant” komandası (Tural İbrahimli, Coşqun Adilov, Elvin Zeynalov, Kamran Əliyev), II yeri “Tetrasticha” komandası (Millət Hacıyev, Fəyyaz Aslanov, Fidan Fətizadə, Sara Fətəli), III yeri “Apoptoz” komandası (Əmin Hüseynli, Mircavad Babayev, Etibar Hüseynov) tutublar. Qaliblərə sertifikstlsr və hədiyyələr verilib. Sonda E.Kərimli qaliblərə və yarışın təşkilində fəallıq göstərənlərə THİK-in büro üzvlərinə, Cavid Əliyevə , Sərxan Cəfərliyə, Vüsalə Məhərrəmli, Sona Məmmədovaya, Həsən Məmmədova, Qaysar Şabanova, Nihad Novruzova və fakültə sədrləri Ella Qocayevaya, Rəşad Məmmədliyə, Cavid Mustafazadəyə, Ləman Pirməmdovaya təşəkkürünü bildirib və bu cür tədbirin davamlı olacağını bildirib.