ATU-nun əməkdaşı beynəlxalq konfransda iştirak edib

3-4 may 2019-cu il tarixlərində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş "Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda ATU-nun farmakoqnoziya kafedrasının baş müəllimi, ATU Tələbə Həmkarlar İttifaqının sədri , ə.ü.f.d Elvin Kərimli "Achillea nobilis növü efir yağının spirtli sulu məhlulunun antimikrob təsiri" mövzusunda məruzə ilə çıxış edib.

 

2 gün davam edən konfransda ilk gün plenar məruzələr dinlənilib, növbəti gün isə müxtəlif seksiyalar üzrə çıxışlar baş tutub. Sonda nümaiş etdirilən elmi araşdırmalar rəsmi konfrans materiallarında dərc olunub.