Azərbaycan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə seminar keçirilib.
Seminarda oftalmologiya kafedrasının dosenti Aysel Qəlbinur "Anadangəlmə çəpliklər və onların müalicəsi" mövzusunda çıxış edib.
Seminar çərçivəsində Zərifə xanım Əliyevanın həyat və yaradıcılıq fəaliyyətini əhatə edən videoçarx təqdim olunub. Məruzəçi Aysel Qəlbinur tərəfindən görmə orqanının müayinəsi, çəpgözlük və risk faktorları, görmə orqanında müəyyən olunmuş çəpgözlük zamanı müalicə psinsipləri və.s mövzular haqqında iştirakçılara məlumat verilib. Seminarın sonunda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.