Daxili debat turnirinin qalibi müəyyənləşib

Azərbaycan Tİbb Universitetinin Tələbə Həmkarlar İttifaqının Debat Klubunun XVI daxili debat turniri keçirilib. 4-11 May 2019 tarixlərində baş tutan turnir "Beynəlxalq yarışların keçirilməsi ev sahibliyi edən ölkənin inkişafına müsbət təsir göstərir" mövzusuna həsr olunub. Turnirin final mərhələsində təsdiq mövqedə "Debatotoksin", inkar mövqedə isə "DB8" komandaları iştirak ediblər. Hakimlərin yekdil qərarına əsasən XVI daxili turnirinin qalib komandası İnkar mövqedə çıxış edən "DB8" komandası olub.

 

Turnirin ən yaxşı hakimi Anar Nuruzadə, ən yaxşı məşqçisi isə Murad Babayev seçilib. Sonda debat finalçılarından ən yaxşı natiqləri Gülnaz Hüseynova, Yunis Məmmədli, Loğman İsgəndərli, Ariz Məmmədov, Vəfa Sədiyeva, Dilbər Rahim Əliyeva, Günay Hüseynli, Nübar İsgəndərova, Aysel İbrahimova, Nigar Quliyeva, Fidan Məmmədzadə ATU-nun Tələbə Həmkarlar İttifaqının sədri Elvin Kərimli tərəfindən sertifikatla təltif olunublar. Klubun rəhbəri Nigar Hüseynli də qalibləri təbrik edib, növbəti mövsümdə onların uğurlu fəlaiyyətini davam etdirəcəklərini, gələcəkdə daha çox tələbənin debata maraq göstərəcəyinə inandığını qeyd edib və debatçıların hamısına Bakı Gənclər Debat Formunda uğurlar arzulayıb.