ATU əməkdaşı nüfuzlu beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib

Azərbaycan Tibb Universitetinin Ümumi ve toksikoloji kimya kafedrasının assistenti Kəmalə Bədəlova nüfuzlu beynəlxalq jurnalın Redaksiya Kollegiyasının Hörmətli Üzvü seçilib. Bu haqda “İlkin Araşdırmalar və Tədqiqat İşləri” Beynəlxalq Jurnalı (İJASRW - International Journal of Advance Study and Research Work) tərəfindən K.Bədəlovaya sertifikat təqdim olunub. IJ/19/10 nömrəli sertifikat (ISSN: 2581-5997)19.04.2019-cu il tarixində imzalanıb.

 

“İlkin Araşdırmalar və Tədqiqat İşləri” Beynəlxalq Jurnalı onlayn platforması müxtəlif sahələri əhatə edən tədqiqatların gücləndirilməsi üçün yaradılıb. Aylıq jurnal Hindistanın Alborear (OPC) Pvt. Ltd, şirkəti tərəfindən nəşr olunur. Jurnalda bütün sahələrə aid keyfiyyətli araşdırma işləri nəşr olunur. İJASRW gündəlik həyatda tətbiq olunacaq yeni ideya və innovasiyalar üçün məkan təqdim edir.