Azərbaycan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə universitetin Psixiatriya kafedrasının assistenti Nəsimi Vahabovun təqdimatında “XXI əsrin bəlası –Depressiya; Tələbələrin timsalında problemə baxış ” adlı seminar təşkil olunub.
“Dünyada, o cümlədən cəmiyyətimizdə və gənclər arasında depressiya hallarının geniş yayıldığını, həmçinin çoxsaylı tələbələrin bu mövzuda təklifi nəzərə alınaraq belə bir seminarın keçirilməsinə qərar verilib.
Çalışacağıq ki, tələbələrimizi depressiya və onun növləri ilə bağlı geniş şəkildə məlumatlandıraq. İstərdik ki, onlar depressiya halları ilə üzləşdikləri təqdirdə, hansı addımlar atacaqları ilə bağlı bilgili olsunlar” –deyən N.Vahabov keçirilən seminarın imtahanqabağı tələbələr üçün böyük əhəmiyyət kəsb edəcəyini də vurğulayıb.
Seminar canlı diskussiyya şəraitində keçib, tələbələrin çoxsaylı sualları əsasında işini başa vurub.