ATU “Səhiyyənin idarəolunması” üzrə magistr proqramını elan edir

Azərbaycan Tibb Universiteti “Səhiyyənin idarəolunması” ixtisası üzrə təhsil almaq istəyən hər bir şəxsi bu ixtisas üzrə magistr proqramına dəvət edir. Bu magistr proqramı iki ili əhatə edir. Tədris həm universitetin təcrübəli mütəxəssisləri, həm də kənardan dəvət olunmuş mütəxəssislər tərəfindən keçiriləcək.

 

“İdarəetmə nədir, idarəetmənin neçə üslubu var, bu üslublardan hansı sizə uyğundur, bu sahə ilə məşğul olmaq üçün sizə hansı bilik və bacarıq lazımdır?” Bu suallara istənilən biznes məktəbin professorları cavab verə bilə. Lakin səhiyyədə idarəetmə, insan resurslarının idarə olunması, klinik idarəetmədə saglamlıq siyasətinin yaradılması və həyata keçirilməsi, hər gün çətin fiziki, psixoloji, etik suallarla üzləşən tibbi personalın idarə olunması kimi məsələlərə qlobal ictimai səhiyyə üzrə ekspertlər kömək edə bilər. Bu məsələlərə saglam qidalanma və ətraf mühit, ana və uşağın qorunması, müxtəlif xəstəliklərin profilaktikası və saglam həyatın təbliğatı, informasiya texnologiyalarından səhiyyədə istifadəsi, keyfiyyətli tibbi yardım və digər bu kimi məsələlər aiddir.