ATU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Dövlət  Müstəqilliyi Günü ilə əlaqədar olaraq Azərbaycan Tibb Universitetinin (ATU) Patoloji fiziologiya kafedrasında tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev dövlətimizin müstəqillik qazanması ilə bağlı xaqlımızın keçdiyi şərəfli tarix, 18 oktyabr 1991-ci il ildə Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi və 1918-1920-ci illərdə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan olunması ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib: “Konstitusiya Aktı 6 fəsil, 34 maddədən ibarət olub. 1991-ci il dekabrın 29-da məsələ ümumxalq referendumunda müzakirəyə çıxarılıb və əhalinin 95 faizindən çoxu müstəqilliyimizə, süverenliyimizə, istiqlaliyyətimizə səs verib”.

 

Professor S.Əliyev ölkəmiz müstəqillik qazandıqdan sonra xalqımızın 28 ildə keçdiyi keşməkeşli həyat yolundan, ulu öndər H.Əliyevin müstəqilliyimizin qorunub saxlanması istiqamətində xarici və daxili qüvvələrə qarşı apardığı yorulmaz mübarizədən söhbət açıb: “Ölkəmizin müstəqillik qazandığı ilk dövrlər bəzi dövlətlər və qüvvələr müstəqillik qazanmağımızı heç cür həzm edə bilmirdi.Ölkəni idarə edənlər də elə idarəçilik təcrübəsinə malik deyildirlər. Buna görə də bəzi seperatçı qüvvələr ölkənin cənubunda Talış Muğan Respublikası, şimalında “Sadval”, qərbində isə digər məsələləri qaldırır, müstəqilliyimizin varlığına təhlükə yaratmaq istəyirdilər. Ökəmizin belə bir qarışıq dövründə müstəqilliyimizin ən yaxşı zəmanətçisinin məhz ulu öndər Heydər Əliyev olduğunu Azərbaycan ziyalıları yaxşı anlayırdı. Elə bu səbəbdən də xalqımızın və ziyalılarımızın dəvəti və müraciəti əsasında Heydər Əliyev hakimiyyətə gəldi. Heç şübhəsiz ki, onun hakimiyyətə gəlişi mstəqilliyimizin  qorunub-saxlanmasında və inkişafında böyük əhəmiyyət kəsb etdi”.

 

Prorektor istər  sovetlər dönəmində, istərsə də ikinci dəfə dövlətimiz müstəqillik qazandıqdan sonra ulu öndərin hakimiyyəti dövrünü geniş təhlil edərək, onun xalqımızın elmi, mədəniyyəti, sənayesi, kənd təsərrüfatı və digər sahələrdə inkişafındakı rolundan söhbət açıb.  

 

SSRİ-də Nazirlər Sovetinin 1-ci müavini işlədiyi dövrdə də Azərbaycanın mənafeyi naminə gördüyü işləri diqqətə çatdırıb.   

 

Tədbir zamanı ulu öndərin müstqilliyimizin qorunub saxlanması istiqamətində fəaliyyətini əks etdirən  filim nümayiş etdirilib.  

 

Qeyd edək ki, “Ulu Öndər” sənədli filmində Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-cu ildən 2003-cü ilədək həyat və fəaliyyətinin müxtəlif dövrünü əhatə edən kadrlar, Azərbaycan gənclərinə verdiyi tövsiyələr əksini tapıb.

Filmin quruluşçu rejissoru, professor Rafiq Quliyev, redaktoru İradə Soltanova, prodüseri Üzlüfət Qasımovadır. Eyni adlı mahnının bəstəkarı isə bəstəkar, xalq artisti Siyavuş Kərimidir. Mahnının sözləri filologiya elmləri doktoru, professor Rafiq Yusifoğluya məxsusdur.