“APOPTOZ” yarışması keçirilib

Bu günlərdə Azərbaycan Tibb Universitetində (ATU) "Apoptoz" İntellektual Oyunlar klubunun növbəti turniri keçirilib. Bilik yarışması Azərbaycan İntellektual Oyunlar Klubu və ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Turnirdə ümumi dünyagörüşü və məntiqə əsaslananmaraqlı suallar səsləndirilib. 20-dən artıq komandanın iştirak etdiyi yarışmada ilk yerin qalibi "Dominators" komandası olub. Digər yerləri "DNT" komandası ilə "Vitriol" komandası bölüşdürüb.

 

Qeyd edək ki, ATU THİK İntellektual Oyunlar Klubu mütəmadi olaraq belə yarışlar təşkil edir. Hər həftənin şənbə günü keçirilən turnirlər tələbələrin böyük marağına səbəb olur.

 

İntellektual oyunlarda iştirak etmək istəyənlərATU Tələbə Həmkarlar İttifaqı Komitəsinə müraciət edə bilərlər.