“Debat” Klubunun XVII Daxili Debat Forumunun ən yaxşıları seçilib

Azərbaycan Tibb Universiteti (ATU) Tələbə Həmkarlar İttifaqının təşkilatçılığı ilə “Debat” Klubunun XVII daxili turniri keçirilib.

 

Forumun final mərhələsində təsdiqdə "Qrupda Qaldı" (Gülnur Bayramlı, Aliyə Şahbazova, Səddam Abidli) inkar mövqedə isə "67"( Aysel İsmayıllı, Dilbər Rahim Əliyeva, Aytac Allahverdiyeva) komandaları qarşılaşıb. XVII daxili turnirin çempion komandası "67" komandası olub.

 

Forumun ən yaxşı hakimləri Ümid Mahmudov və Murad Babayev, ən yaxşı məşqçi Yunis Məmmədli seçilib.

 

Azərbaycan Tibb Universiteti “Debat” Klubunun XVII Daxili Debat Forumunun ən yaxşı natiqləri isə Məhintac İbrahimova (qızıl medal), Dilbər Rahim Əliyeva (bürünc medal), Gülnaz Hüseynova (bürünc medal), Nigar Quliyeva, Məhəmməd Məmmədov, Aysel İsmayıllı, Fidan Rəsul, Günay Hüseynli, Aliyə Şahbazova və Loğman İsgəndərli olublar.
Qaliblərə sertifikatlar təqdim olunub.