Azərbaycan Tibb Universitetinin (ATU) II uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayevə vəzifə verilib. Belə ki, o, ATU rektoru Gəray Gəraybəylinin 23.03.2020-ci il tarixli 76 N-li əmrinə əsasən, Tədris Terapevtik Klinikasının direktoru vəzifəsini icra edəcək.
Xatırladaq ki, Tədris Terapevtik Klinikasına Samir Allahverdiyev rəhbərlik edirdi.