ATU-nun Tələbə Gənclər Təşkilatı "Aprel zəfəri" adlı video-çarx hazırlayıb

Azərbaycan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatı "Aprel döyüşlərinin" növbəti il dönümü münasibətilə " Aprel zəfəri" adlı video-çarx hazırlayıb.

Qeyd edək ki, video çarxın hazırlanmasında əsas məqsəd gənclər arasında vətənpərvərlik hisslərinin təbliği və onların xüsusi əhəmiyyətli tarixi günlərimiz haqqında məlumatlılıq səviyyələrinin daha da yüksəldilməsindən ibarətdir.

Layihənin ərsəyə gəlməsində verdikləri dəstəyə görə Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyliyə və Edulandiya Təhsil və Konsultasiya Mərkəzinə təşəkkür edirik.

Xüsusi təşəkkürlər :
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyliyə,
Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinə,
Edulandiya Təhsil və Konsultasiya mərkəzinə,
Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyevə.

Rollarda :
Həmid Həsənov
Babək Mahmudov
Yasəmən Cəfərli
Nicat Həsənov
Rauf Vəliyev
Günəş Əliyeva

https://www.youtube.com/watch?v=NUQNqXrj6uQ