"Rezidenturaya Birlikdə Hazırlaşaq” layihəsi çərçivəsində altıncı vebinar baş tutub


 
Azərbaycan Tibb Universiteti ,Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları ittifaqı  “Rezidenturaya Birlikdə Hazırlaşaq”  layihəsinə start verib.


Layihə çərçivəsində  rezidenturaya hazırlaşan tələbə və məzunların hazırlıq prosesinə dəstək vermək məqsədi ilə müvafiq fənnlər üzrə ekspertlərin tələbələrlə  onlayn görüşləri  təşkil olunur.

Layihə çərçivəsində altıncı onlayn görüş-vebinar Bioloji kimya fənni üzrə baş tutub. Azərbaycan Tibb Universitetinin Bioloji Kimya kafedrasının müdiri,Professor Gülnarə Əzizova  tələbələrlə görüşərək, fənn üzrə imtahana hazırlaşmağa dair tövsiyələrini iştirakçılarla bölüşüb,daha çox tələb olunan mövzuların izahını verib və iştirakçılar tərəfindən ünvanlanan sualları cavablandırıb. Onlayn görüş Zoom platforması üzərindən həyata keçirilib və təşkilatın feysbuk səhifəsində canlı yayımlanaraq geniş izləyici kütləsinə çatdırılıb.
2 saat davam edən vebinardan ümumilikdə 150 nəfərdən çox tələbə və məzun yararlanıb.
 
Məlumat üçün qeyd etmək istəyirik ki, ekspert müəllimlər tələbələrin ümumi rəyinə əsasən müəyyən olunub.

Növbəti vebinarlar haqqında məlumat almaq üçün Azərbaycan Tibb Universitetinin  və Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatının sosial media hesablarını izləməyiniz xahiş olunur.

Bioloji kimya  fənni üzrə vebinarı təkrar izləmək üçün keçid :