Azərbaycan Tibb Universiteti ,Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları ittifaqı “Rezidenturaya Birlikdə Hazırlaşaq” layihəsinə start verib.
Layihə çərçivəsində rezidenturaya hazırlaşan tələbə və məzunların hazırlıq prosesinə dəstək vermək məqsədi ilə müvafiq fənnlər üzrə ekspertlərin tələbələrlə onlayn görüşləri təşkil olunub.
Layihə çərçivəsində yeddinci onlayn görüş-vebinar Farmakologiya fənni üzrə baş tutub. Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin dekanı,Farmakologiya kafedrasının dosenti Kamandar Yaqubov tələbə və məzunlarla görüşərək, fənn üzrə imtahana hazırlaşmağa dair tövsiyələrini iştirakçılarla bölüşüb,daha çox tələb olunan mövzuların izahını verib və iştirakçılar tərəfindən ünvanlanan sualları cavablandırıb. Onlayn görüş Zoom platforması üzərindən həyata keçirilməklə yanaşı təşkilatın feysbuk səhifəsində canlı yayımlanaraq geniş izləyici kütləsinə çatdırılıb.
31 iyul-3 aqvust tarixlərində baş tutan vebinarlardan ümumilikdə 450 nəfərdən çox tələbə və məzun yararlanıb.
Məlumat üçün qeyd etmək istəyirik ki, ekspert müəllimlər tələbələrin ümumi rəyinə əsasən müəyyən olunub.
Farmakologiya fənni üzrə vebinarları təkrar izləmək üçün keçid:
I vebinar :https://www.facebook.com/amusyoatutgt/videos/612556336303611/
II vebinar:https://www.facebook.com/amusyoatutgt/videos/335118517505895/