Azərbaycan Tibb Universitetinin əməkdaşları Ümumdünya Səhiyyə Təşkilatının "Təlimçilər üçün təlim" treninqlərində iştirak ediblər.
Aİ-nın maliyyə dəstəyilə ÜST tərəfindən həyata keçirilən "Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü" layihəsinin I mərhələsi çərçivəsində "Təlimçilər üçün təlim"lərə start verilib.
Treninqlərdə ATU-nu tədris şöbəsinin müdiri Samir Cavadov, Təhsilin keyfiyyətinin təminatı və İnnovasiya şöbəsinin müdiri Nigar Sədiyeva, kafedra əməkdaşları Ilahə Rəsul, Lalə Qasımova, İlham Bayramov, Nilufər Məmmədova, Leyla Məmmədova təmsil ediblər. Qeyd edək ki, bu layihənin məqsədi Şərq Tərəfdaşlığı ölkələrində ictimai səhiyyə sahəsində fövqaladə vəziyyətlərin qarşısını almaq, hazırlıq və mübarizə imkanlarını gücləndirməkdir.