81 yaşlı Parkinson xəstəsi koronavirusa qalib gəldi

Koronavirusa yoluxma və ölüm hallarının sayının azaldığı bir dövrdə ATU Tədris Terapevtik Klinikasının virusla mübarizədə əldə etdiyi daha bir uğuru bölüşmək istərdik. Belə ki, həkimlərimizin böyük səyi nəticəsində koronavirusa yoluxmuş 81 yaşlı Nəriman Məşədiyev xəstəliyə tamamilə qalib gəlib.

 

Qeyd edək ki, ahıl yaşda olan N.Məşədiyevin həmdə Parkinson xəstəsi olması onun durumunu daha da ağırlaşdırmışdı. Xəstə iyulun 17-də ATU-nun Tədris Terapevtik Klinikasının reanimasiya şöbəsinə daxil olub. İlk günlər onun vəziyyəti çox ağır olub. Lakin klinikanın fədakar personalının səyi ilə 81 yaşlı xəstəni tam sağlatmaq mümkün olub. Arıtq N.Məşədiyev koronavirusa qalib gələrək klinikadan evə buraxılıb.