II Müalicə profilaktika fakültəsində yay semesteri başlayıb

Bu il avqustun 4-dən etibarən Azərbaycan Tibb Universitetinin II Müalicə profilaktika fakültəsində yay semesterinə start verilib. Fakültənin dekanı İsrail Məhərrəmbəylinin sözlərinə görə, yay semesterinin məqsədi tələbələrin müvəffəqiyyət qazandıqları fənlərdən qiymətlərinin artırılmasına imkan yaratmaqdır.

 

Yay semesterində tələbələr İnsan anatomiyası, Histologiya, Farmakologiya, Biofizika kimi fənlər üzrə hazırlaşırlar. Ümumilikdə 22 tələbə yay semestrində iştirak üçün müraciət edib. Onlardan 7-si iki fənnə görə semestrə qatılıb.

 

Yay semesterinin təşkilinə, dərslərin nizam-intizamlı keçirilməsinə Univeristet rəhbərliyi və fakültə dekanlığı tərəfindən ciddi nəzarət olunur. İnsan anatomiyası  və tibbi terminologiya kafedrasının baş müəllimləri Gülnarə Kərimzadə və Ülviyyə Cəfərova, sitologiya, embriologiya və histologiya kafedrasından assistent Səbinə İsrafilova, farmakologiya kafedrasından baş müəllim İlqar Tahirov, bioloji kimya kafedrasından baş müəllim Xəyalə Məmmədova yay semestrinin tədrisinə cəlb olunublar.

 

Akademik təqvim üzrə yay semestrinin 4 avqust-7 sentyabr tarixləri aralığında keçiriləcəyi nəzərdə tutulur. Sentyabrın 8, 9 və 11-də semestr iştirakçıları üçün onlayn imtahan sessiyası təşkil olunacaq.