Ötən il "İdeyadan Biznesə – I2B" startap müsabiqəsində respublika üzrə 3-cü yerə layiq görülən Azərbaycan Tibb Universitetinin (ATU) "Palliativ+" startap komandası Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək olub.
"Palliativ+" üzvləri Azərbaycan ordusunun şərəfli tarix yazdığı bir vaxtda müsabiqədə qazandıqları məbləğin qalan hissəsini, yəni 800 manatını Fonda ianə ediblər.
Qrup üzvləri – layihə rəhbəri, tələbə İsmayıl Nəzərli, həkim-rezident Məhərrəm Alimli, tələbələr – Etibar Abbasov, Qəmər Məmmədbəyli, Azad Kərimli və Ülkər Hüseynova öz təşəbbüsləri ilə bu addımı atıblar.