ATU-nun Tədris Terapevtik Klinikasında toplantı keçirildi.
ATU-nun Tədris Terapevtik Klinikasında toplantı keçirildi
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında tibb bacılarının gələcək fəaliyyət proqramını müzakirə etmək, iş prosesinin daha da təkmilləşdirilməsi məqsədilə toplantı keçirilib.
Toplantıda klinikanın yenidən normal iş fəaliyyətinə başlamasıyla əlaqədar olaraq tibb bacılarının iş qrafiki, qarşıda duran məsələlər müzakirə edilib.
Klinikanın direktoru, professor Surxay Musayev və direktorun müalicə işləri üzrə müavini Fəridə Hacıyeva tərəfindən tibb bacılarının sualları cavablandırılıb.
Sonda toplantı iştirakçılarına müvafiq tapşırıq və tövsiyələr verilib.
Qeyd edək ki, klinika ötən ilin mart ayından etibarən ölkədə koronavirusla mübarizə çərçivəsində pandemiya klinikasına çevrilib və fəaliyyətini bu istiqamətdə təşkil edib. 2021-ci il 10 fevral tarixindən etibarən klinika yenidən normal iş fəaliyyətini bərpa edib.