Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu “Beynəlxalq nəşriyyatların resuslarından istifadə və innovativ xidmətlər” mövzusunda onlayn dəyirmi masa keçirib. Tədbirdə Azərbaycan Tibb Universitetini ATU-nun Əsaslı kitabxanasının bölmə müdiri Solmaz Əzizova təmsil edib.
Onlayn toplantıda BDU Elmi kitabxanasının ali məktəb kitabxanaları ilə əməkdaşlığı və metodik fəaliyyəti, beynəlxalq nəşriyyatların resurslarına abunə işinin təşkili və onlayn innovativ xidmətlər, kitabxana infomasiya sistemləri,texnologiyalar və xidmətlər mövzusunda məruzələr dinlənilib. Dəyirmi masada həmçinin EBSCO üçün 2021-ci il abunə ödənişi, açıq elekton infomasiya resurslarının imkanları, Open Access, Fee trial girişi və mövzunun müxtəlif aspektlərində müzakirələr aparılıb.
Solmaz Əzizova çıxışında Azərbaycan Tibb Universitetinin Əsaslı kitabxanasının konsorsiumdakı fəaliyyətindən, EBSCO və digər elektron bazalardan oxucuların istifadəsi barədə məlumat verib. Bu tədbirin müntəzəm keçirilməsinin tərəfdarı olduğunu bildirən S.Əzizova toplantının təşkili ilə bağlı təkliflərini də səsləndirib.