Tələbələrə bacarıq təlimləri keçirilir
Aprelin ilk günündən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) İctimai Səhiyyə fakültəsində bacarıq treninqlərinə start verilib. Bu treyninqlər Obyektiv Strukturlaşdırılmış Praktik İmtahan (OSPİ) prosesinə tələbələri hazırlamaq məqsədini daşıyır. 75 tələbəni əhatə edən 8 qrup üzrə təlimlər müxtəlif kafedralarda təşkil olunur.
 
OSPİ üsulu ilə aparılan təlimlər 5 fənn üzrə 4 kafedrada – epidemiologiya, qidalanma və kommunal gigiyena, uşaq və yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı, ümumi gigiyena kafedralarında treninq keçirlər. Hər kafedrada təlimlər 2 gün ərzində davam edir.
 
Təlim zamanı mövcud pendemik durumla əlaqədar sanitar-epidemioloji qaydalara tam riayət olunur.
Təlimlər ayın sonunadək davam edəcək.