Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsi nəzdindəki " Səhiyyə menecmenti" ixtisası üzrə təhsil alan 1-ci kurs magistrantları ilə "Rezidentura və magistratura" şöbəsinin müdir müavini Əfsanə Məmmədova və İctimai səhiyyə fakültəsinin dekanı professor Anar Ağayev arasında görüş keçirilib.
Görüşdə magistrantların təhsili, tədrisdəki problemləri ilə bağlı danışılıb. Müzakirələr zamanı cari semestr imtahanlarının hansı formatda keçəcəyi, necə qiymətləndiriləcəyi, və 11-12 may tarixlərində keçiriləcək "İctimai səhiyyənin aktual problemləri" adlı beynəlxalq vebinar mövzusu haqqında geniş danışıqlar aparılıb.