Magistrantlarla onlayn görüş keçirilib

Bu günlərdə Azərbaycan Tİbb Universitetində Əczaçılığın "Əczaçılıq texnologiyası", "Əczaçılığın təşkili", "Əczaçılıq kimyası", "Ümumi və toksikoloji kimya", "Farmakoqnoziya" ixtisasları üzrə 1-ci kursda təhsil alan magistrantlarla Rezidentura və magistratura şöbəsinin müdir müavini Əfsanə Məmmədova onlayn toplantı keçirdib.

 

Kafedraların müəllimlərinin də iştirak etdiyi toplantıda Ə.Məmmədova magistrantların təhsili, tədrisdəki problemləri ilə maraqlanıb. Magistrantlar çıxışları zamanı bəzi fənnlər üzrə material probleminin olduğunu qeyd edib, sərbəst iş və onların yertinə yetirilməsi ilə bağlı suallar verib. Cari semestr imtahanlarının hansı formatda keçəcəyi və qiymətləndirmənin necə aparılacağı ilə bağlı məsələlər də müzakirələr zamanı səsləndirilib. Magistrantları maraqlandıran suallara ətraflı cavab verilibdir.