Əczaçılıq fakültəsinin Elmi Şurasının növbəti onlayn iclası keçirilib

Mayın 4-də Əczaçılıq fakültəsinin Elmi Şurasının növbəti onlayn iclası keçirilib. Fakültə dekanı, dosent Kamandar Yaqubov əvvəlcə 30 apreldə keçirilmiş Böyük Elmi Şurada müzakirə olunan məsələlər ətraflı şəkildə Şura üzvlərinin diqqətinə çatdırılıb. Sonra gündəlik məsələlərin müzakirəsinə başlanıb.

 

Dekan K.Yaqubov buraxılış kursun semestr imtahanlarına hazırlığın vəziyyəti, 15 həftəlik imtahan vərəqlərinin düzgün doldurulması, semestr və DAK imtahanları üçün testlərin İM-ə verilməsi ilə bağlı toplantı iştirakçılarına ətraflı məlumat verib. O, məsələ ilə bağlı buraxılış kursunda tədris aparan kafedra müdirlərinin münasibətini bildirmələrini və fikirlərini dinləməyin vacibliyini vurğulayıb.

 

Toplantıda professorlardan M.Vəliyeva, T.Süleymanov, Q.İsgəndərov, M.Qəniyev, V.Əsmətova söz verilib. Professorlar çıxışları zamanı fakültədə tədris prosesi və imtahana hazırlıq barədə fikirlərini bildiriblər. Sonra fakültənin 1, 2 və 3-cü kurslarında aralıq qiymətləndirmənin yekunları müzakirə olunub. Tələbələri narahat edən məsələlər, sərbəst işlərin ETS-ə yerləşdirilməsi, yekun kollokviumun sorğusu üçün mayın 27-nə kimi vaxtın olması diqqətə çatdırılıb.

 

Müxtəlif məsələlərdə isə 2 əməkdaşın, Əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının dissertantı S.Atakişizadənin dissertasiya işinin adı korreksiyası edilib.

 

Adıçəkilən kafedranın doktorantı Telli Əlizadənin əczaçılıq üzrə fəlsəfə doktoru dərəcəsini alması üçün nəzərdə tutulan “Azərbaycanda dərman vasitələrinin təhlükəsizliyinin monitorinqi sisteminin vəziyyətinin öyrənilməsi və onun effektivliyinin optimallaşdırılması” mövzusunda dissertasiya işinin mövzusu, təqvim və iş planın təsdiq edilib və elmi rəhbər kimi dosent N.Naibov təyin edilib.

Sonda müsabiqə məsələlərinə baxılıb.