ATU-nun növbəti aksiyasında 17 nəfər pulsuz əməliyyat olundu
ATU rəhbərliyinin təşəbbüsü ilə hər il milli lider Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində aztəminatlı ailələrdən olan tələbələrin pulsuz göz əməliyyatları keçirilir.
ATU rektoru professor Gəray Gəraybəyli və oftalmoloq həkim Qurban İsmayılovun təşəbbüsü ilə bu dəfə 17 nəfərin gözündə zəruri cərrahiyyə əməliyyatı aparılıb.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov qeyd edib ki, əməliyyat edilənlərdən 2-si rezident, yerdə qalanları tələbələrdir. Onların gözündə Excimer lazer əməliyyatı icra olunub.
Qeyd edək ki, ATU rəhbərliyinin təşəbbüsü ilə universitet tələbələri üçün mütəmadi olaraq belə humanitar aksiyalar təşkil olunur. Aksiyanın məqsədi aztəminatlı ailələrin övladlarının dəstəkləmək, həmçinin cəmiyyətdə xeyriyyəçilik təşəbbüslərini təbliğ etməkdən ibarətdir.