Rezident-həkimlərin nəzəri biliklərini artırmaq məqsədi ilə seminar keçirilib
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında gənc revmatoloqların toplantısı keçirilib.
Toplantıda gənc rezidentlər və revmatoloqlar, ATU-nun Daxili xəstəliklər kafedrasının professoru, tibb elmləri doktoru, ATU Tədris Terapevtik Klinikasının Revmatologiya və Qastroenterologiya şöbəsinin müdiri professor Sahib Musayev, klinikanın müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva da iştirak ediblər.
Dr. Günel Əsgərova çıxış edərək, günlük praktikada istifadə olunan müasir fiziki müayinə üsullarını rezidentlərə çatdırdı: "Revmatoloji xəstəliklərin diaqnostikasında xəstədən toplanmış ətraflı anamnez və aparılan hərtərfli fiziki müayinə vacib rol oynayır. Müayinə zamanı oynaq və sümüklərdən başqa, daxili orqanlarda, dəri, saç, selikli qişalarda olan dəyişikliklər də bizim üçün önəmlidir. Diaqnozun düzgün qoyulması üçün toplanmış dolğun anamnez və hərtərəfli fiziki müayinə şərtdir".
Daha sonra professor Sahib Musayev mövzu il əlaqədar öz əlavələrini diqqətə çatdırdı.