ATU-da Heydər Əliyevin 91 illiyinə həsr olunmuş konfrans keçirilib
Bu gün Azərbaycan Tibb Universitetində (ATU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 iliyinə həsr edilmiş konfrans keçirildi. "Təbabətin aktual problemləri" mövzusundakı tədbirdə həmçinin ATU əməkdaşlarının elmi-tədqiqat işlərinin yekun müzakirəsi baş tutub.
Konfransın açılışında çıxış edən ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov dünya səviyyəli siyasi-ictimai xadim Heydər Əliyevin təhsilə və səhiyyəyə olan diqqət və qayğısından, onun rəhbərliyi dövrünsə səhiyyə sahəsinin qazandığı nailiyyətlərdən bəhs etdi. Rektor həmçinin ulu öndərin Tibb Universitetinin inkişafı naminə verdiyi qərarlar, bu ali təhsil müəssisəsinə göstərdiyi yardımlardan danışdı. Ə.Əmiraslanov qeyd etdi ki, ATU nəzdində ilk müasir təchizatlı klinikanın inşası barədə qərar məhz ümumilli lider Heydər Əlyev tərəfindən verilmişdi: "Azərbaycanda hakimiyyətə gələndən sonra Ulu Öndər iki dəfə bizim universitetdə oldu. O ağır, çətin dövrdə universitetin 11 mərtəbəli möhtəşəm tədris binası və stomatoloji klinikası Ulu Öndərin Tibb Universitetinə çox sanballı bir töhfəsi kimi yaddaşlara həkk olunub. Universitet klinikalarının yaranması ideyası da Ulu Öndərə məxsusdur".
Millət vəkili Əhliman Əmiraslanov bildirdi ki, müstəqil Azərbaycanın banisi kimi tanınan Heydər Əliyevin ad günü nəinki ölkəmizdə, hətta xarici ölkələrdə də qeyd olunur. O, həmçinin ATU-da Ümummilli liderin 91 illiyinə həsr olunmuş tədbirlər haqqında da məlumat verdi.
Daha sonra konfrans öz işinə start verdi. Toplantıda "Laproskopik təcrübəmizin bu günü və perspektivləri" (Nuru Bayramov, I cərrahi xəstəliklər kafedrası), "Reperfuzion sindrom və ondan törənmiş orqan çatışmazlığının patofizioloji aspektləri" (Qabil Qarayev, Elmi-Tədqiqat Mərkəzi), "Yumşaq toxumaların bədxassəli şişlərində damar endotelial faktorunun proqnostik əhəmiyyəti" (Habil Muradov, Onkologiya kafedrası), "Üz-çənə nahiyyəsinin defekt və deformasiyaları olan xəstələrin bərpaedici əməliyyatlarının planlaşdırmasında yeniliklər" (Çingiz Rəhimov, Ağız və üz-çənə cərrahiyyəsi kafedrası), "Ümumi cərrahiyyə təcrübəsində Ketamin preparatının yeri" (İsfəndiyar İsmayılov, I daxili xəstəliklər və reanimatologiya kafedrası), "Nozokomial infeksiya törədicilərində antibiotiklərə rezistentlik problemləri" (Ramin Bayramlı, mikrobiologiya) mövuzudnda məruzələr dinlənilib.