ATU-nun komandası universitetlərarası intellektual yarışın qalibi olub
Bu günlərdəNəsimi rayon Gənclər və idman idarəsinin və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə onlayn formatda “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
 
Yarışın nəticələrinə əsasən, ATU-nun “Sinaps” komandası I yer, Azərbaycan Dillər Universitetinin “Winners’ team” komandası II yer, Bakı Dövlət Universitetinin “1984” komandası III yerdə qərarlaşıb. 
Yarışda universiteti ATU THİK intellektual oyunlar klubunun üzvləri Səkinə Zeynalova, Anar Kərimxanov, Rüfət Əzimli, Orxan Pənahov, Ülkər Məmmədova və Şəbnəm Kərimzadə təmsil ediblər.