ATU THİK-in nümayəndələri uşaq sığınacağında azyaşlı uşaqları müayinə ediblər

 

ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində yeni yaradılmış "Hilal" yardım cəmiyyəti aprelin 22-də ilk layihəsini həyata keçirib.

THİK sədri, peşəkar pediatr Dr. Qoşqar İsmayılov rezidentlərimiz- Bahar Babayeva, Nigar Paşayeva, Sara Əhmədova və Nübar Məmmədova ilə birlikdə Binədə yerləşən "ÜMİD yeri" uşaq sığınacağını ziyarət ediblər, oradakı azyaşlıları müayinədən keçiriblər.

Sonra cəmiyyət üzvləri uşaqlarla əyləncəli vaxt keçirmiş, onlara müxtəlif hədiyyələr təqdim olunmuşdur. Lamiyə Səhratzadənin rəhbərliyi ilə keçirilən layihə Baver Kılıç və Elbəy Cabbarlının yardımı ilə baş tutub. Bu görüşdə bizə qatılan və uşaqların müayinəsində aktiv iştirak edən həkimlərimiz və reabilitoloq Emin Əliyevə təşəkkürümüzü bildiririk.