Dekabrın 8-də Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən "Hilal" yardım cəmiyyətinin növbəti müayinə xarakterli aksiyası baş tutub.
Kəmalə Ağaazadənin rəhbərlik etdiyi Uşaq sığınacağı reinteqrasiya mərkəzində keçirilən görüş zamanı sığınacaq sakinləri pediatr və fizioterapevt tərəfindən müayinə olunub. Həmçinin sığınacağa THİK tərəfindən dərman və ərzaq yardımı göstərilib. Görüş Lamiyə Səhratzadənin təşkilatçılığı, Rəhimə Nəzərova və Hazal Doğanın iştirakı ilə təşkil olunub.
Müayinədə həkim-pediatr Qoşqar İsmayılov, rezidentlər Səbinə Hacıyeva, Leyla Hüseynli, həmçinin fizioterapevt Mücahit İbrahimoğlu iştirak ediblər.