Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin nümayəndə heyəti “Gender əsaslı zorakılıq qurbanları üçün Reabilitasiya və Reinteqrasiya Mərkəzi“ sığınacağını ziyarət edib. Heyət üzvləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi nəzdində fəaliyyət göstərən bu müəssisədə yaradılmış şəraitlə tanış olmuş, orada yaşayan zorakılıq qurbanları ilə söhbətlər aparıblar.
Eyni zamanda, zorakılıq qurbanlarının fiziki və psixoloji cəhətdən cəmiyyətə yenidən inteqrasiyası, şəxsin öz ailəsinə, icmasına yenidən qayıtması üçün nəzərdə tutulmuş tədbirlərlə tanış olublar. Həmçinin, zorakılıq qurbanlarının keçirdiyi fiziki, emosional, sosial vəziyyətinin dəyişməsinə xidmət edən fəaliyyətlər barədə, bu sırada tibbi xidmətlərin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.
ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyətinin ziyarətində müxtəlif fakültələri təmsil edən komitə üzvləri iştirak ediblər.